Antalyanın Finike rayonunda portağal festivalı keçirilib. YeniAvropa xəbər verir ki, rayon mərkəzindəki bəzək işlərinə 50 ton yerli portağal sərf olunub. Maraqlı əl işləri rayonun gözəlliyini daha da artırıb.
Portağalla işlənmiş Türkiyənin dövlət bayrağı, qardaş ölkədə cümhuriyyətin banisi Mustafa Kamal Atatürkün portreti ziyarətçiləri heyran edib.