Avropa İttifaqı qaçqınlar üçün Türkiyəyə daha 3 milyard avro ayrılmasını təsdiq edib
Avropa İttifaqı (Aİ) suriyalı qaçqınlara yardım üçün Türkiyəyə ikinci dəfə 3 milyard avro məbləğində vəsait ayırmaq barədə qərarı təsdiqləyib.
YeniAvropa xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Hələlik vəsaitin hansı tarixdən ödəniləcəyi barədə məlumat verilmir.