logo

Beynəlxalq Bali aeroportu vulkan püskürməsi səbəbindən bağlanıb

09:11 29-06-2018 | icon 2506
Beynəlxalq Bali aeroportu vulkan püskürməsi səbəbindən bağlanıb

İndoneziya hökuməti cümə günü Aqunq dağında vulkanın fəallaşması ilə əlaqədar olaraq kurort adası Balidə yerləşən beynəlxalq hava limanını bağlamaq qərarına gəlib.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, uçuşların dayandırılması yerli vaxtla 19:00-dək davam edəcək.

Nqurah-Ray aeroportunun nümayəndəsi Yanus Suprauqi bildirib ki, sinoptiklərin məlumatına görə, vulkan külü hava limanı ətrafında cümə günü səhər olacaq.

Ötən gün vulkanın havaya atdığı külün hündürlüyü 2 km-ə çatıb.