logo

Rusiyalı rejissorun Almaniyada opera səhnəsindəki premyera ləğv edilib

14:34 03-03-2022 | icon 14385
Rusiyalı rejissorun Almaniyada opera səhnəsindəki premyera ləğv edilib

Almaniyanın “Deutsche Oper am Rhein” Teatrı Dmitri Bertmanın quruluşunda səhnələşdirilən “Andre Şenye” operasının premyerasını ləğv edib.

 YeniAvropa  "TASS"a istinadla xəbər verir ki, bu barədə “Deutsche Oper am Rhein” məlumat yayıb.

Bildirilib ki, Ukraynadakı müharibə fonunda Moskva "Qelikon-Operas"nın bədii rəhbəri Dmitri Bertmanın səhnələşdirdiyi və mayın 14-də Düsseldorf Opera Teatrında təqdimatı planlaşdırılan səhnə əsərinin premyerasını ləğv edib.