logo

Bakıda təcili yardım maşını aşdı...

13:30 12-02-2022 | icon 10213
Bakıda təcili yardım maşını aşdı...

Bakıda təcili yardım avtomobilinin aşması nəticəsində bir nəfər xəsarət alıb.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib. 

Bildirib ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb. 

Hərəkətdə olan təcili tibbi yardım avtomobilinin aşması nəticəsində sürücü baş nahiyəsindən xəsarət alıb.

Hadisə yerinə Dövlət Yol Polisi İdarəsi və rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Araz Əsgərlinin sözlərinə görə,  hadisə zamanı sürücü avtomobildə tək olub.