logo

Bakı-Quba yolunda ağır avtoqəza: “TIR” 3 maşınla toqquşdu,1 nəfər öldü

14:24 09-02-2022 | icon 10843
Bakı-Quba yolunda ağır avtoqəza: “TIR” 3 maşınla toqquşdu,1 nəfər öldü

Bakı-Quba avtomobil yolunda zəncirvari qəza baş verib.

YeniAvropa xəbər verir ki, hadisə Şabran rayonunun Ağalıq kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “TIR” 3 minik avtomobili ilə toqquşub.

Hadisədən sonra yük maşını yoldan çıxaraq aşıb. Hadisə nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var.

Xəsarət alan şəxslər Şabran mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlk ehtimala görə hadisə "TIR"-dakı texniki nasazlıq səbəbindən baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.