logo

Bakıda daha bir məktəb  koronavirusa görə bağlandı

17:31 02-02-2022 | icon 5313
Bakıda daha bir məktəb  koronavirusa görə bağlandı

Bakı şəhəri Nərimanov rayonu 177 nömrəli tam orta məktəb fevralın 3-dən distant təhsilə keçir.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. 

Qeyd olunur ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 177 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.