logo

Dünyada koronavirusdan ölənlərin sayı  5 milyon 620 min nəfəri ötüb

09:09 28-01-2022 | icon 2821
Dünyada koronavirusdan ölənlərin sayı  5 milyon 620 min nəfəri ötüb

Dünyada koronavirusa yoluxma faktlarının təsdiqlənmiş sayı 360 milyon nəfəri, ölüm hallarının sayı isə 5 milyon 620 min nəfəri ötüb.

 YeniAvropa xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 3 milyon 395 min 352 nəfər koronavirusa yoluxub, 10 min 176 nəfər isə dünyasını dəyişib.

ÜST-nin statistikası yoluxanlar və ölənlər barədə yalnız ölkələrin təqdim etdiyi rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır. Yoluxanların sayı 300 milyon həddini yanvarın 8-də, 250 milyon həddini isə ötən il noyabrın 9-da keçib.

ÜST-yə daxil olan məlumatlara müvafiq olaraq, təsdiqlənmiş yoluxmaların ən çoxu ABŞ-da qeydə alınıb.Bu ölkədə virusa yoluxanların sayı 70 milyon nəfəri ötüb.  Sonrakı yerlərdə Hindistan (40 milyon), Braziliya (25 milyon), Fransa (17 milyon) və Böyük Britaniya (16 milyon) gəlir. Ən çox ölüm halları ABŞ-da (860 min), Braziliyada (625 min) və Hindistanda (490 min) qeydə alınıb. Sonrakı yerləri Rusiya (330 min) və Meksika (305 min) tutur.