logo

Ağacları zədələyən şirkət cəzalandırılıb

17:13 27-01-2022 | icon 1505
Ağacları zədələyən şirkət cəzalandırılıb

Paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov, 36 F ünvanında “Fəxri” Mənzil-Tikinti Kooperativi tərəfindən aparılan tikinti işləri zamanı ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov YeniAvropa-ya bildirilib ki, həmin ünvana keçirilən baxış zamanı ərazidə tikinti işləri aparan “Fəxri” MTK-nın işçiləri tərəfindən üç şam ağacının budaqlarının kəsildiyi, bir sərv ağacının isə qanunsuz köçürüldüyü müəyyən edilib.

Faktla bağlı “Fəxri” MTK-nın hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış m ateriallar Nəsimi Rayon Məhkəməsinə göndərilib.