logo

Məktəbdə daha bir biabırçılıq: direktor müəllimdən rüşvət istədi

12:52 27-01-2022 | icon 5530
Məktəbdə daha bir biabırçılıq: direktor müəllimdən rüşvət istədi

Ağstafa rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktorunun müəllimdən rüşvət istəməsi ilə bağlı sosial şəbəkədə səs yazısı yayılıb. 

 

YeniAvropa xəbər verir ki,  məktəb direktoru Mətanət Məmmədova müəllimdən əlavə 3 saatlıq  dərsin müqabilində hər ay ona pul verməsini tələb edir. 

V. Məmmədova isə pulu vermək üçün imkanının olmadığını bildirib.

Daha sonra direktor müəllimi otaqdan qovub və məsələ barədə danışacağı təqdirdə başına oyun açacağını bildirib.

Həmin səs yazısını təqdim edirik: