logo

Polşa  Belarusla 186 km-lik sərhəddə 5,5 metrlik divar tikir

18:17 26-01-2022 | icon 2086
Polşa  Belarusla 186 km-lik sərhəddə 5,5 metrlik divar tikir

Polşa qonşu Belarusla sərhəd boyu hasar tikintisinə başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə  hökumətin yaydığı rəsmi məlumatda bildirilib.

Qeyd edilib ki, uzunluğu 186 kilometr olacaq hasarın hündürlüyü 5,5 metr nəzərdə tutulur. Hasar indiyədək mövcud olan və hündürlüyü 2,5 metrə çatan tikanlı məftillərdən ibarət baryerləri əvəz edəcək. Hasarın tikintisi üçün dövlət büdcəsindən artıq 353 milyon avro vəsait ayrılıb.

Tikintiyə sərhədin hansı hissəsində başlanacağı təhlükəsizlik səbəbindən açıqlanmayıb. İyuna qədər hasarla yanaşı, hərəkəti məhdudlaşdıran texniki vasitələr, kamera və sensorlar da quraşdırılacaq.

Qeyd edək ki, Belarusla-Polşa sərhədində miqrasiya problemi qış mövsümü ilə əlaqədar bir qədər səngiyib, qaçqınların bəziləri düşərgələri tərk ediblər. Lakin indiyədək 12 miqrantın soyuq, aclıq və digər səbəblərdən həyatını itirdiyi sərhəd zolağında miqrasiya axınının yenidən canlanacağı ehtimal olunur.