logo

Azərbaycanda daha 757 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

18:18 24-01-2022 | icon 2527
Azərbaycanda daha 757 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 757 yoluxma faktı qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 634 min 488 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 612 min 594 nəfər müalicə olunaraq sağalıb, 8 min 619 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 275 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 145, bu günə qədər isə ümumilikdə 6 milyon 70 min 424 test icra olunub.