logo

Piyada yolu düzgün keçmədi və  zəncirvarı qəzaya səbəb oldu

19:29 22-01-2022 | icon 7049
Piyada yolu düzgün keçmədi və  zəncirvarı qəzaya səbəb oldu

Gəncə şəhərində zəncirvarı yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib, nəticədə arxada gələn “AzSamand” markalı avtomobil “Mercedes”ə, “VAZ-2106” markalı avtomobil isə hər iki avtomobilə çırpılıb.

Şahidlərin sözlərinə görə, “Mercedes”in sürücüsünün qəfil əyləcdən istifadə etməsinə yolu düzgün yerdən keçməyən piyada səbəb olub.

Faktla bağlı araşdırma aparılır.