logo

İlham Əliyev Rövşən Rzayevə  “Şöhrət” ordeni verdi

19:38 18-01-2022 | icon 1498
İlham Əliyev Rövşən Rzayevə  “Şöhrət” ordeni verdi

Prezident İlham Əliyev yanvarın 18-də Rövşən Rzayevin ordenlə təltif edil təltif edilməsi haqqında sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: 

"Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Rövşən Şükür oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Rövşən Rzayev 20 yanvar 1962-ci ildə Bakı şəhərində anadan olub.  21 aprel 2018-ci ildən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışır. O, IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.