logo

İlham Əliyev və Vladimir Putinin telefon danışığı olub

19:18 18-01-2022 | icon 2387
İlham Əliyev və Vladimir Putinin telefon danışığı olub

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı baş tutub.

YeniAvropa xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, prezidentlər Ukraynadaxili nizamlanma məsələlərini müzakirə ediblər. Vladimir Putin ABŞ və müttəfiqləri ilə Rusiyanın təhlükəsizliyini təmin etmək üçün təminatların verilməsi məsələlərində təmaslarından danışıb.

Tərəflər Qazaxıstanda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi apararaq, xüsusən də KTMT sülhməramlı qüvvələrinin iştirakı sayəsində vəziyyətin tez bir zamanda sabitləşməsindən məmnunluq ifadə ediblər.

Telefon danışığı zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlığını daha da gücləndirmək niyyəti təsdiqlənib.