logo

Azərbaycanda daha 930 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü

18:30 18-01-2022 | icon 1638
Azərbaycanda daha 930 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 930 yoluxma faktı qeydə alınıb, 703 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 627 min 15 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 609 min 480 nəfər müalicə olunaraq sağalıb, 8 min 541 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 min 994 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 566, bu günə qədər isə ümumilikdə 6 milyon 19 min 327 test icra olunub.