Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclası keçirilib
Yanvarın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk onlayn iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, komitə sədri Bəxtiyar Əliyev əvvəlcə yeni sessiyanın başlanması münasibətilə həmkarlarını təbrik edib, onlara yaz sessiyasındakı fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra B. Əliyev komitənin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında danışıb. O, yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib. Bildirilib ki, “Ali təhsil haqqında” qanun layihəsi üzərində işçi qrupun işi tamamlanıb və sənəd müvafiq qurumlardan rəy alınandan sonra qarşıdakı sessiyada komitədə müzakirə ediləcək. Bu sessiyada, eyni zamanda, “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanması və digər bəzi qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. Qeyd edilib ki, komitə üzvlərinin ölkədaxili və beynəlxalq səviyyəli bir sıra tədbirlərdə iştirakı planlaşdırılır. İclasda komitənin iş planı yekdilliklə təsdiqlənib.
Bəxtiyar Əliyev 2021-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərə dair hesabatı da təqdim edib.
Qeyd edilib ki, hesabat dövründə komitənin 6 iclası keçirilib, 11 məsələyə baxılıb. İclaslarda “Təhsil haqqında”, “Peşə təhsili haqqında” və digər qanunlarda edilən dəyişikliklər müzakirə olunub. Bəxtiyar Əliyev deyib ki, komitə üzvləri “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələrində də fəal iştirak ediblər.
Komitə sədri hesabat dövründə vətəndaşlardan komitəyə 129 ərizə və məktubun daxil olduğunu bildirib. Müraciətlər qeyd olunan məsələlərin həlli üçün aidiyyəti qurumlara ünvanlanıb. Diqqətə çatdırılıb ki, komitə üzvləri sessiya dövründə vətəndaşlarla daim ünsiyyətdə olub, onları maraqlandıran məsələlərlə bağlı öz səlahiyyətləri çərçivəsində lazımi işlər görüblər. Qeyd edilib ki, vətəndaşlardan daxil olan müraciətlərin sayı azalıb bu da ondan irəli gəlir ki, ölkədə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan vətəndaşı daim dövlətin, dövlətimizin başçısının diqqət mərkəzindədir.
Bəxtiyar Əliyev bu günlərdə prezident İlham Əliyevin ölkə mediasına verdiyi müsahibə haqqında danışıb. Bildirib ki, prezident müsahibəsində Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət və qayğını xüsusi vurğulayıb. Qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da dünyada nümunəvi sayıla bilər. Azərbaycan bu sahədə özünün modelini ortaya qoyur. Başqa dövlətlər də bu uğurlu modeli tətbiq edə bilərlər.
Sonra payız sessiyası dövründə komitə üzvlərinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibindəki fəaliyyətlərindən, beynəlxalq tədbirlərdə iştiraklarından bəhs edilib. Hesabat dövründə komitə üzvlərinin ölkə həyatında baş verən ictimai-siyasi proseslərdə fəal iştirak etdiyi bildirilib. Bəxtiyar Əliyev hesabat dövründə bir sıra tədbirlərdə iştirak etdiyini diqqətə çatdırıb. Ölkəmizin 44 günlük Vətən müharibəsində Qələbəsinin birinci ildönümü münasibəti ilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən rəsmi qəbulda da iştirak edib.
Sonra Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, komitə üzvləri Şahin Seyidzadə, Ceyhun Məmmədov və Etibar Əliyev çıxışlarında təhsil sahəsinə dair və digər məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər.
Komitənin 2021-ci il payız sessiyası dövründə hesabatı məqbul hesab edilib.
Onlayn iclasda komitə üzvləri Eldar Quliyev, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva, Rəfael Hüseynov, Anar İsgəndərov, Tamam Cəfərova, Afət Həsənova, Fatma Yıldırım, Müşfiq Məmmədli və Pərvin Kərimzadə iştirak ediblər.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır