logo

Daha bir şadlıq sarayının rəhbəri həbs edidli

15:15 16-01-2022 | icon 1491
Daha bir şadlıq sarayının rəhbəri həbs edidli

Bərdədə karantin qaydalarının pozulduğu restoranın sahibi inzibati qaydada həbs edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən  “Muğan Məkan” şadlıq sarayında karantin rejiminin tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlamalar zamanı  şadlıq sarayında keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

Müəyyən edilmiş qayda pozuntusu ilə əlaqədar restoranın sahibi Elnur Sadıxov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.