logo

Ali məktəblərə qəbul üzrə sınaq imtahanlarının nəticələri açıqlanıb

13:13 29-12-2021 | icon 9436
Ali məktəblərə qəbul üzrə sınaq imtahanlarının nəticələri açıqlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi (o cümlədən dekabrın 26-da keçirilən coğrafiya fənni) üzrə dekabrın 19-da keçirilmiş sınaq imtahanının nəticələri elan edilib.

Hər bir abituriyent Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

DİM-dən YeniAvropa-ya bildirilib ki, abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 3872 abituriyentdən 53 nəfəri imtahana gəlməyib.

Xatırladaq ki, imtahanda ən yüksək nəticə göstərən 25 abituriyent gələn il yanvarın 14-də DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında keçiriləcək “Açıq qapı” gününə dəvət olunacaq. Görüşdə DİM-in məsul işçiləri tərəfindən abituriyentlərə növbəti tədris ili üçün qəbul imtahanları, ixtisas seçimi və digər məsələlərlə əlaqədar məsləhət və tövsiyələr veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq.