logo

Paytaxtda “Merсedes” 8 yaşlı uşağı vurub öldürdü

11:01 21-12-2021 | icon 6258
Paytaxtda “Merсedes” 8 yaşlı uşağı vurub öldürdü

Paytaxtda 8 yaşlı uşağı avtomobil vuraraq öldürüb.

 YeniAvropa xəbər verir ki, hadisə Bakının Binəqədi rayonu, Fatmayı bağlarıadlanan yaşayış  massivində qeydə alınıb.

2002-ci il təvəllüdlü Fəxri Xubyarov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Ömər Ələsgərovu vurub.

8 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.