logo

Lənkəranda 17 yaşlı qız özünü asdı

19:19 20-12-2021 | icon 5075
Lənkəranda 17 yaşlı qız özünü asdı

Lənkəranda  intihar  hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Girdəni kəndində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü A.B. yaşadığı evdə özünü asıb. Hadisədən onun anası xəbər tutub. O, qızını evdə görmədikdə aşağı mərtəbəyə enib və övladını asılmış vəziyyətdə aşkarlayıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. İntiharın səbəbi hələlik məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.