logo

Yolu keçən ailəni maşın vurdu: Ana öldü, oğlu və gəlini ağır yaralandı

12:03 20-12-2021 | icon 4844
Yolu keçən ailəni maşın vurdu: Ana öldü, oğlu və gəlini ağır yaralandı

Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsində ağır yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, minik avtomobili piyada keçidində yolu keçən 1956-cı il təvəllüdlü Fərziyeva Xəzəngül Rəşid qızı və onun oğlu, 1981-ci il təvəllüdlü Fərziyev Qəribağa Nadir oğlunu, həmçinin sonuncunun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Fərziyeva Fəridə Xavər qızını vurub.

X.Fərziyeva qəzanın olduğu ərazidə vəfat edib. Digər iki yaralı isə ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.