logo

Helikopter qəzası şəhidləri sabah dəfn olunacaqlar

22:30 30-11-2021 | icon 3906
Helikopter qəzası şəhidləri sabah dəfn olunacaqlar

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindədir.

YeniAvropa xəbər verir ki, həlak olanların ailələri, yaxınları birliyin qarşısında gözləyirlər.

Ailələrin bildirdiklərinə görə, dəfn mərasimlərinin sabah olacağı gözlənilir.