AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacıməhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.
YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Zenit” (Rusiya) – “Çelsi” (İngiltərə) oyununun UEFA nümayəndəsi Zaur Hacıməhərrəmov olacaq.
Matç dekabrın 8-də Rusiyanın Sankt-Peterburq şəhərindəki “Gazprom Arena”da keçiriləcək.