logo

 UEFA Konfrans Liqası: “Qarabağ”  bu gün “Omoniya”nı qıbul edəcək

11:01 25-11-2021 | icon 1274
 UEFA Konfrans Liqası: “Qarabağ”  bu gün “Omoniya”nı qıbul edəcək

Bu gün “Qarabağ” futbol üzrə UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

YeniAvropa xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı beşinci sınağında Kiprin “Omoniya” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün baş hakimi danimarkalı FIFA referisi Morten Krox olacaq.

Bu görüş pley-offa vəsiqəni təmin etmiş Ağdam klubu üçün qrup liderliyi baxımından önəmlidir. “Köhlən atlar” Nikosiya təmsilçisinə qalib gələcəyi halda, Qazaxıstanda “Kayrat” və İsveçrənin “Bazel” komandaları arasındakı matçın nəticəsindən asılı olaraq, qrupda birinci yeri rəsmiləşdirə bilər. Bunun üçün Almatı təmsilçisi evdə qonaqlara uduzmamalıdır.

“Qarabağ”da Xayme Romero zədə səbəbindən oyuna çıxmayacaq, müalicə alan Bədavi Hüseynovun meydana çıxması isə sual altındadır. “Omoniya”da isə Erik Boteak, Miks Diskerud, Yannis Kusulos və Ernest Asante oynaya bilməyəcək.