logo

Təhsil Nazirliyi şagird yerdəyişmə prosesini bərpa etdi

10:30 10-11-2021 | icon 6132
Təhsil Nazirliyi şagird yerdəyişmə prosesini bərpa etdi

Noyabrın 10-u saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilir.

 YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.Qeyd edilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Xatırladaq ki, şagirdlərin elektron yerdəyişməsi prosesisi 12 sentyabr saat 20:00-dan etibarən dayandırılmışdı. Buna səbəb kimi yeni tədris ili ilə əlaqədar siniflərin komplektləşdirilməsi göstərilirdi.