logo

Cəbrayıl sakini ermənilərin basdırdığı minaya düşüb

20:10 07-11-2021 | icon 5789
Cəbrayıl sakini ermənilərin basdırdığı minaya düşüb

Noyabrın 7-si saat 16 radələrində 1967-ci il təvəllüdlü Xanlar Aslanovun Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşərək xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəbrayıl rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, araşdırmalarla Xanlar Aslanovun kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.