logo

Təhsil naziri Emin Əmrullayev Türkiyəyə səfərə gedib

15:25 01-11-2021 | icon 6447
Təhsil naziri Emin Əmrullayev Türkiyəyə səfərə gedib

Azərbaycanın təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, noyabrın 1-də Azərbaycanın təhsil naziri Emin Əmrullayev ilə Türkiyənin milli təhsil naziri Mahmut Özər arasında görüş keçirilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç, Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəisi Abdullah Eren və Bilkənt Universitetinin rektoru Abdullah Atalar ilə görüşləri nəzərdə tutulub.

Azərbaycan nümayəndə heyəti, eyni zamanda, Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin heykəlini ziyarət edəcək və Türkiyə paytaxtında yerləşən Heydər Əliyev adına orta məktəbdə olacaq.

Nazir Emin Əmrullayev İstanbulda keçiriləcək Türk Şurasının Təhsil Nazirlərinin Konfransına qatılacaq.