logo

Göyçayda "Opel" yolu keçən  piyadanı vurub öldürdü

10:10 29-10-2021 | icon 5754
Göyçayda "Opel" yolu keçən  piyadanı vurub öldürdü

Oktyabrın 29-u saat 01:00 radələrində Göyçay şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, Göyçay rayon sakini Nəriman Əmrahov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada Abdulla Məmmədovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən A.Məmmədov orada ölüb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.