logo

Bakıda Qətər-Azərbaycan əlaqələri müzakirə edilib

12:03 18-10-2021 | icon 1652
Bakıda Qətər-Azərbaycan əlaqələri müzakirə edilib

Qətər Dövləti ilə Azərbaycan Respublikası arasında ikitərəfli və çoxtərəfli beynəlxalq platformalarda faydalı əməkdaşlıq mövcuddur.

YeniAvropa xəbər verir ki, bu fikir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə səfərdə olan Qətər Dövlətinin baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə keçirdiyi birgə brifinqdə səsləndirilib.

Qeyd olunub ki, bu səfər iki ölkə arasındakı münasibətlərin hərtərəfli inkişafına müsbət təsir göstərəcək.

Görüş zamanı iqtisadi, investisiya, ticarət layihələri, alternativ enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, işğaldan azad edilmiş ərazilərə Qətər Dövlətindən olan investorların cəlb edilməsi məsələsi də müzakirə olunub.