Bakıda “Youthvision-2018” beynəlxalq mahnı müsabiqəsi keçirilib
Mayın 25-də Bakıda “Youthvision 2018” beynəlxalq mahnı müsabiqəsi keçirilib.
YeniAvropa xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Youthvision 2018” beynəlxalq mahnı müsabiqəsinin əsas məqsədi yaradıcı və istedadlı tələbələrin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Müsabiqədə 14-35 yaşarası gənclər iştirak edib.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, bu müsabiqədə həm Azərbaycanın, həm də ölkəmizə qonaq gələn müxtəlif ölkələrin gəncləri öz istedadlarını nümayiş etdirirlər. Layihə çərçivəsində çoxlu sayda yaradıcı gənc milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq gözəl dostluq ailəsi formalaşdırır. Ölkəmizdə Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə dünya ölkələrindən gənclərin respublikamıza gəlməsi və beynəlxalq tədbirdə iştirak etmələri sevindirici haldır. Bu, eyni zamanda, ölkəmizin qədim dövlətçilik tarixinin onlara təbliği baxımından da yaxşı imkanlar açır.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov ölkəmizin mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsindən danışıb, belə tədbirlərin dünya gənclərini bir araya gətirdiyini, onlar arasında əlaqələrin qurulmasında mühüm rol oynadığını deyib.
Sonra Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş videoçarx göstərilib.
Mayın 21-dən start götürən müsabiqədə Azərbaycan, Latviya, Xorvatiya, Ruminiya, Pakistan, Moldova, Türkiyə, Gürcüstan, Özbəkistan, Böyük Britaniya, Almaniya, Tacikistan, Qazaxıstan, Uqanda, Ukrayna, Belarus, Macarıstan, Qırğızıstan, Litva, Serbiya, İtaliya, İran, Rusiya və İsrail dövlətlərinin ifaçı və münsiflərindən ibarət 60-a yaxın gənc iştirak edib. Xorvatiya, Almaniya, Latviya, Litva, Pakistan, Ruminiya, Türkiyə və Uqanda “Youthvision” mahnı müsabiqəsində ilk dəfədir iştirak edir.
Sonra çıxışlar olub, səsvermə yolu ilə qaliblər seçilib. Birinci yeri Uqanda, ikinci yeri Moldova, üçüncü yeri isə Belarus təmsilçiləri tutublar. Müsabiqə qaliblərinə mükafatlar təqdim olunub.
Müsabiqə çərçivəsində qaraciyər serrozundan əziyyət çəkən Beyləqan rayon sakini Tural Hacıyevin müalicəsinə vəsait toplamaq məqsədilə xeyriyyə aksiyası da keçirilib.
Azərbaycanda süni düyülər satılmıq-Qoşqar Təhməzli
Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşü təxirə salınıb
Bişkekdə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədrini təbrik edib
Qarabağda işləmək üçün 500-ə yaxın xarici şirkət müraciət edib
BƏƏ dördgünlük iş həftəsinə keçir
Sabah Bakıda 30° isti olacaq
AQTA Masallıda yağ istehsalı müəssisəsini qapatdı
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” sərgisində 150-dən çox yerli şirkət iştirak edir
MDB-nin Sərhəd Qoşunları Komandanları Bakıda toplaşıb
“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
Volodimir Zelenski Xersona gedib
Xəbərdarlıq:Banklar adından saxta uduş kampaniyalar paylaşılır
Paytaxtda evlərdən oğurluq edən bacı-qardaş saxlanılıb
Türk lirəsi dəyər itirməyə davam edir
DYP-dən xəbərdarlıq: Yollarda görmə məsafəsi məhdudlaşacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Azərbaycan QHT-ləri Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yayıb
“Azercell”in dəstəyi ilə “Uşaq Paralimpiya kuboku” turniri keçirilib
Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub
Azərbaycan nefti 78,56 dollara satılır
"İnterpol"la axtarılan şəxs Belarusdan Azərbaycana ekstradisiya edilib
Ermənilər Ordumuzun Şuşadakı mövqelərini atəşə tutub
"Paris-2024" Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri bəlli olub
Qərbi Azərbaycan İcmasının yeni loqosunun təqdimatı olub