logo

UEFA "Qarabağ" və "Neftçi"nin hesabına pul köçürdü

17:15 17-09-2021 | icon 4025
UEFA "Qarabağ" və "Neftçi"nin hesabına pul köçürdü

“Neftçi” və “Qarabağ”a cari mövsüm avrokuboklarda iştirakları qarşılığında UEFA-dan maliyyə vəsaiti ayrılıb.

 YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, vəsait milli assosiasiyanın vasitəçiliyi ilə hər iki klubun hesabına köçürülüb.

“Neftçi” UEFA Çempionlar Liqasındakı çıxışına görə 1 milyon 210 min avro, “Qarabağ” isə Konfrans Liqasındakı oyunlarına görə 3 milyon avro qazanıb.

Bundan əlavə, Ağdam təmsilçisi, həmçinin əmsallar cədvəlinə görə, 934 min 500 avro da əldə edib.