logo

Məleykə Abbaszadə:150-dən çox bal yığanlar ali məktəbə qəbul ola bilərlər

17:33 23-08-2021 | icon 4795
Məleykə Abbaszadə:150-dən çox bal yığanlar ali məktəbə qəbul ola bilərlər

İxtisası düzgün seçsələr, II qrupda 150-dən yuxarı bal toplayanlar ali məktəbə qəbul ola bilərlər.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib.

“Amma onların III qrupda qəbul olma şansı kifayət qədər aşağıdır. Həmçinin, dövlət sifarişli yerlərə qəbul şansı II qrupda yüksəkdir” - deyə, M.Abbaszadə qeyd edib.