logo

Bakıda 11 xarici ölkə universitetinin filialı lisenziyasız fəaliyyət göstərir

13:33 09-08-2021 | icon 7056
Bakıda 11 xarici ölkə universitetinin filialı lisenziyasız fəaliyyət göstərir

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 nəfərin diplomu ölkə ərazisində tanınmayıb.

TKTA-dan YeniAvropa-ya bildirilib ki, bu müraciətlərin əhəmiyyətli hissəsi adları qeyd olunan ali təhsil müəssisələrinə məxsusdur:

- Dağıstan Dövlət Universiteti;

- Cənubi Rusiya Humanitar İnstitutu;

- Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu;

- Rusiya Dövlət Sosial Universiteti;

- Moskva Dövlət Açıq Universiteti;

- Regionlararası Heyətin İdarəolunması Akademiyası;

- Müasir Humanitar Akademiya;

- “YUJDAQ” İnstitutu;

- Dnepropetrovsk Milli Universiteti;

- Hüquq və İdarəetmə Akademiyası;

- Anadolu Universiteti.

Qeyd olunub ki, yalnız aşağıda adları qeyd edilən və Azərbaycan Respublikası ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar üzrə əldə edilən ixtisaslar ölkəmizdə tanınır:

- Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);

- Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);

- M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);

- İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).