Qara Qarayevin 100 illik yubileyi UNESCO-da təntənə ilə qeyd edilib
Görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-nun və bu qurum yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə UNESCO-nun Parisdəki mənzil qərargahında təntənə ilə qeyd edilib.
YeniAvropa xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər və mədəniyyət nazirləri, görkəmli bəstəkarın qızı Züleyxa Qarayeva, eləcə də Parisdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Fransa ictimaiyyətinin, işgüzar dairələrin, xarici ölkələrin UNESCO yanında daimi nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.
Tədbir çərçivəsində böyük bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. İştirakçılar sərgi vasitəsilə dahi bəstəkarın yaradıcılığı ilə yaxından tanış olublar. Qara Qarayevin həyat və yaradıcılığına həsr olunan jurnal və onun əsərlərindən ibarət disklər iştirakçılara hədiyyə edilib.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov tədbirdə çıxış edərək dahi bəstəkar Qara Qarayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onun Azərbaycan xalq musiqisindən ilhamlandığını vurğulayıb. Bildirib ki, yaradıcılığı boyu ayrı-ayrı klassiklərin, xüsusilə Nizaminin və Füzulinin əsərlərinə müraciət edən Qara Qarayev “Leyli və Məcnun” simfonik poemasını, “Yeddi gözəl” baletini yazıb. Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir bəy Hacıbəylidən öyrənən Qara Qarayev sonralar Dmitri Şostakoviçin sinfində təhsil alıb.
Səfir böyük bəstəkarın 110-na qədər əsər yazaraq, milli musiqi tariximizdə dərin iz qoyduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə görkəmli bəstəkarın xatirəsi əbədiləşdirilib, onun adına küçə, metro stansiyası var. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının mərkəzində Qara Qarayevin abidəsinin açılışı olub.
UNESCO baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Moez Şakşuk çıxışında Qara Qarayevin əsərlərinin xüsusiyyətlərindən danışıb. O, Qara Qarayevin musiqisinin xalqlar arasında dialoqun qurulmasına təkan verdiyini, keçmişdən gələcəyə gedən yolu əks etdirdiyini vurğulayıb.
Yubiley tədbiri böyük bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
Fuad İbrahimovun dirijorluq etdiyi konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında böyük bəstəkarın əsərləri səsləndirilib. Orkestri Fərhad Bədəlbəyli, Murad Hüseynov, Vurğun Vəkilov, Cəmil Sədizadə, Elvin Xoca Qəniyev (virtuoz skripka) müşayiət ediblər.
Konsert salonundakı böyük ekranda Qara Qarayevin yaradıcılığını əks etdirən, o cümlədən “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Leyli və Məcnun” baletlərindən fraqmentlər göstərilib.
Dahi bəstəkarın əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır