logo

Azərbaycan növbəti amfibiya təyyarəsini Türkiyəyə göndərdi

10:10 05-08-2021 | icon 7238
Azərbaycan növbəti amfibiya təyyarəsini Türkiyəyə göndərdi

"Prezidentin tapşırığına əsasən bu gün yenidən yanğınların söndürülməsində iştirak etmək üçün Türkiyəyə yola düşürük. Dalaman aeroportunda endikdən sonra həmin ərazilərdə işə başlayacağıq".

 YeniAvropa xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” tipli amfibiya təyyarəsinin bort-mühəndisi Cavid Qəhrəmanov deyib.

"Yanğınların tam söndürülməsinə qədər biz Türkiyədə qalacağıq. Yanğının miqyasından asılı olaraq istiqamətlərimizi dəyişə bilərik. Hər vəziyyətə hazırıq. Təyyarəmiz 20-25 saniyədə 12 ton su götürür. Əlli metr hündürlükdən yanğın ərazisinə su atılır. İndiyədək biz Azərbaycanda və digər ölkələrdə ondan istifadə etmişik. Hər yerdə yanğınların söndürülməsi işi uğurla başa çatıb”,-deyə Cavid Qəhrəmanov vurğulayıb.

Xatırladaq ki, prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da, ikinci qrup - 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicilər Türkiyəyə yola düşüb.