logo

Vladimir Zelenski "Tokio-2020"nin gümüş mükafatçısı Pərviz Nəsibovu təbrik etdi

15:08 04-08-2021 | icon 7903
Vladimir Zelenski "Tokio-2020"nin gümüş mükafatçısı Pərviz Nəsibovu təbrik etdi

Ukrayna prezidenti Vladimir Zelenski  avqustun 4-də özünün sosial şəbəkə hesabında “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Pərviz Nəsirovu qazandığı uğura görə təbrik edib. 

 YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Dövlət başçısı paylaşımında qeyd edib: “Olimpiadada debütü zamanı gümüş medal qazandığına görə Pərviz Nəsirova təşəkkür edirəm”.

Qeyd edək ki, “Tokio-2020”də Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov avqustun 4-də final qarşılaşmasında mübarizə aparıb.

67 kiloqram çəki dərəcəsində yarışan yunan-Roma güləşçisi həlledici qarşılaşmada iranlı Məhəmmədreza Gerayi ilə üz-üzə gəlib. Görüş vaxtından əvvəl başa çatıb. Məhəmmədreza Gerayi texniki üstünlüklə qələbə qazanaraq Olimpiya çempionu olub. P.Nəsibov isə gümüş medalla kifayətlənməli olub.