logo

Goranboyda “Nissan” la "Juqili" yolu keçən piyadaları vurub öldürdü

15:10 03-08-2021 | icon 4375
Goranboyda “Nissan” la "Juqili" yolu keçən piyadaları vurub öldürdü

Goranboy rayonunda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, rayonun Dəliməmmədli şəhəri ərazisində yolu keçən Mingəçevir şəhər sakini Ülkər Əliyeva A.Bağırovun idarə etdiyi “Nissan” markalı avtomobillə vurulub. Nəticədə piyada hadisə yerində həlak olub.

Goran qəsəbəsi ərazisində yolu keçən Qızılhacılı kənd sakini Seymur Əsgərov isə Qazax rayon sakini R.Musayevin idarə etdiyi “VAZ-21150” markalı avtomobillə vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.