logo

“Tokio-2020”: Medal qazanan ölkələr sırasında Yaponiya liderdır

18:48 28-07-2021 | icon 602
“Tokio-2020”: Medal qazanan ölkələr sırasında Yaponiya liderdır

İyulun 28-də - “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının ikinci günündə 61 ölkənin idmançıları medal qazanıblar.

YeniAvropa xəbər verir ki, medal siyahısına Yaponiya komandası liderlik edir. Bu ölkənin idmançıları 13 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıblar. Çin təmsilçiləri 12 qızıl, 6 gümüş və 9 bürünc medalla ikinci, ABŞ atletləri isə 11 qızıl, 11 gümüş və 9 bürünc medalla üçüncü pillədə qərarlaşıblar.

Rusiya Olimpiya Komitəsi 7 qızıl, 10 gümüş, 6 bürünc medalla dördüncü, Avstraliya isə 6 qızıl, 1 gümüş və 9 bürünc medalla beşincidir. Digər pillələrdə Böyük Britaniya (5-6-5), Koreya Respublikası (4-2-5), Almaniya (3-2-5), Fransa (3-2-3) və Niderland (2-6-3) qərarlaşıblar.

0-1-++

Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.