Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tokio Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.
YeniAvropa xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında yeganə təmsilçimiz “L” qrupunda ikinci görüşündə danimarkalı Anders Antonsenlə üz-üzə gəlib. Təmsilçimiz rəqibinə 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, E.R.Dviçayo birinci görüşdə vyetnamlı Tien Minh Nguyeni 2:0 hesabı ilə məğlub edib. Həmçinin danimarkalı A.Antonsendə ilk görüşündə T.M.Nguyeni 2:0 hesabı ilə üstələyib.
Turnirin reqlamentinə əsasən, 14 qrupda ilk sırada yer alacaq badmintonçular və iki ən yaxşı ikinci pillənin sahibi səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaq.