logo

6 ayda “Şahdəniz” yatağından 128 milyon dollar gəlir əldə edilib

14:54 28-07-2021 | icon 2555
6 ayda “Şahdəniz” yatağından 128 milyon dollar gəlir əldə edilib

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 70 milyon 978 min ABŞ dolları olub.

 YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, o cümlədən, 6 ayda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 57 milyon 131 min dollar təşkil edib.

2007-ci ildən cari il iyulun 1-dək isə fondun “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 3 milyard 738 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ildə Neft Fondunun “Şahdəniz” qazı və kondensatının satışından gəlirləri 293,9 milyon dollar təşkil edib.