logo

Bakıda Azərbaycan,Pakistan və Türkiyə parlament rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

18:08 25-07-2021 | icon 2989
Bakıda Azərbaycan,Pakistan və Türkiyə parlament rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

İyulun 27-də Bakıda Azərbaycan, Pakistan və Türkiyənin parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşü  keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Pakistan parlamentinin sədri Əsəd Kayser və Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun iştirakı ilə bir gün davam edəcək görüşün sonunda "Bakı Bəyannaməsi" imzalanacaq.