logo

Məktəblilər üçün yeni geyim formaları hazırlanıb:təsdiqə göndərilib

17:27 06-07-2021 | icon 6580
Məktəblilər üçün yeni geyim formaları hazırlanıb:təsdiqə göndərilib

Məktəblilər üçün yeni geyim nümunələri ilə bağlı layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Həmin təsvirlər təsdiq edildiyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirib.

Qeyd edilib ki, hazırlıq mərhələsində geyim təsvirləri ictimaiyyətin, eyni zamanda, geyim üzrə mütəxəssislərin və geyim istehsalı ilə məşğul olan müəssisələrin müzakirəsinə çıxarılıb, onların rəy və təklifləri nəzərə alınıb.

Bununla belə yeni geyim forması təsdiq olunduqdan bir müddət sonra da hazırda qüvvədə olan məktəbli formaları istifadədə qalacaq.

0-1_1