logo

Bu il paytaxtda XI sinifləri 20 mindən çox şagird bitirib

10:33 06-07-2021 | icon 5159
Bu il paytaxtda XI sinifləri 20 mindən çox şagird bitirib

2020-2021-ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI siniflərini 20 min 24 nəfər bitirib.

YeniAvropa xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, cari tədris ilində paytaxt məktəblərindən ümumilikdə 55 min 44 şagird məzun olub. Belə ki, paytaxt məktəblərinin IX siniflərini 34 min 874, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 146 şagird bitirib.