logo

Nabranda 2 nəfər dənizdə batıb

20:31 04-07-2021 | icon 4032
Nabranda 2 nəfər dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 15 km aralı, qeyri-çimərlik ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə FHN-dən verilən məlumatda bildirilib.

Qeyd edilib ki,  FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şimal" dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.