logo

Hacıqabulda yük maşınları toqquşdu:dağılan qarpızlar yolda tıxac yaratdı

16:10 27-06-2021 | icon 4767
Hacıqabulda yük maşınları toqquşdu:dağılan qarpızlar yolda tıxac yaratdı

Bakı-Qazax-Gürcüstan magistral yolunun Hacıqabul rayonu ərazindən keçən hissəsində (əks istiqamətdə) avtomobil qəzası baş verib.

YeniAvropa xəbər verir ki, qarpız daşıyan "QAZel" markalı maşınlar Hacıqabulun Pirsaat kəndi ərazisində toqquşub.

Nəticədə avtomobillərə ciddi ziyan dəyib, qarpızlar yola tökülüb.

Qəza zamanı ölən və yaralanan olmasa da yolda kiçik tıxac yaranıb.