Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
2021-ci ilin yanvar-may aylarında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) arasında ticarət dövriyyəsi 41 %, ixrac isə 40 % artıb.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə məlumat verib.
Nazir Mikayıl Cabbarov vurğulayıb ki, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri yüksək səviyyədədir.
Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi sahədə uğurlu əməkdaşlıq həyata keçirildiyini qeyd edən Azərbaycanın iqtisadiyyat naziri ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı üçün bir sıra mexanizmlər tətbiq olunduğunu, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi və Dubayda Azərbaycan Ticarət Evinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, ölkəmiz Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən investisiya forumlarının fəal iştirakçılarındandır.
Görüşdə Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının iqtisadi tərəfdaşlığın inkişafında səmərəli rolu qeyd edilib və qısa müddətdə Komissiyanın növbəti iclasının keçirilməsi barədə razılığa gəlinib.
M.Cabbarov rəqəmsal iqtisadiyyat, nəqliyyat-tranzit, alternativ enerji, kiçik və orta biznes, aqrar, turizm və sair sahələr üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb, Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, sənaye zonalarına investisiya yatırmağa dəvət edib. Bildirilib ki, hər iki ölkənin Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinə qoşulması bu sahədə əməkdaşlıq üçün yeni perspektivlər açır.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ölkəmizlə bir sıra sahələrdə uğurlu tərəfdaşlığı vurğulayıb, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi potensialı barədə fikirlərini bölüşüb.
Görüşdə tərəflər iqtisadi əlaqələrin inkişafı istiqamətlərini müzakirə ediblər.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır