Bakıda 13 erməni terrorçusunun məhkəməsi keçirilib
Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla atəşkəsin elan edilməsindən sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı cinayət işi üzrə iyunun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə hazırlıq iclası keçirilib.
YeniAvropa xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə bu cinayət işi üzrə təqsirləndirilən 13 nəfər – Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Seryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin terror-təxribat cinayətləri ilə bağlı cinayət işinə baxılıb.
İctimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.
Məhkəmə iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxslərə hüquqları izah edilib, onların dövlət hesabına vəkillər və tərcüməçi ilə təmin olunduqları bildirilib.
Sonra vəkillər bütün proseslərin video-audio görüntülərlə keçirilməsi barədə vəsatət veriblər. Həmin vəsatət təmin edilib.
Növbəti – məhkəmə baxışı iclası iyunun 29-na təyin edilib. Proses Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında keçiriləcək.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2020-ci il dekabrın 13-də keçirilmiş antiterror əməliyyatı nəticəsində tərk-silah edilmiş üzvləri barəsində cinayət işinin istintaqı DTX-nin İstintaq Baş İdarəsində aparılıb.
İstintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Həmin birləşmələrin üzvləri 2020-ci il noyabrın 26-27-də Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 2020-ci il dekabrın 13-dək ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Bu faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və digərlərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1-ci, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunurlar.
NATO-nun baş katibi ilə Gürcüstanın baş naziri ilə görüşüb
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
Prezident İlham Əliyev Xankəndidə Novruz tonqalını alovlandırıb
İlham Əliyev Azərbaycan xalqının Novruz bayramını təbrik edib
Bakının mərkəzində 4 küçə avtomobillər üçün bağlanır
Paşinyan Qazax rayonu ilə həmsərhəd bölgəyə səfər edib
Bakıda Azərbaycan-ABŞ əməkdaşlığı müzakirə olunub
Azərbaycan-ŞƏT əməkdaşlığı müzakirə olunub
Azərbaycanın müdafiə naziri NATO-nun baş katibi ilə görüşüb
Sabah Bakıda arabir yağış yağacaq, 9° isti olacaq
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
NATO baş katibinin Azərbaycana səfəri başa çatıb
Pekində Azərbaycan-Çin əməkdaşlığı müzakirə olunub
Rusiyada seçici aktivliyi 77,44 % təşkil edib
İlham Əliyev Vladimir Putini təbrik edib
Azərbaycan-Türkiyə qardaşlığın rəmzi Çanaqqala döyüşlərindən 109 il ötür
Bu gün Göygöl rayonunda qaz olmayacaq
DYP:Texniki müayinə mərkəzləri bayram günləri də işləyəcək
Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcək
“Beşiktaş” klubu Qurban Qurbanovla maraqlanır
Bakıda havada toz müşahidə olunur
Putin 85,13 % səs toplayıb
AZAL Londonun daha bir hava limanına uçuşlara başlayıb
Atıcımız Almaniyada gümüş medal qazanıb
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 111 nəfər saxlanılıb