logo

Armen Sarkisyan Ermənistanı yenidən prezident respublikasına qaytarmaq istəyir

20:20 21-06-2021 | icon 3318
Armen Sarkisyan Ermənistanı yenidən prezident respublikasına qaytarmaq istəyir

"Ermənistan yenidən prezident respublikası ölkə olmaq üçün konstitusiyasını dəyişdirməlidir".

 YeniAvropa “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan Qətər İqtisadi Forumu zamanı videobağlantı ilə danışarkən bildirib.

“Əminəm ki, böyük potensialımız var, ilk növbədə də İT texnologiyaları sahəsində. Lakin bundan əvvəl konstitusiyamızı dəyişdirməli, prezident idarəçiliyini geri qaytarmalıyıq. Çünki mövcud konstitusiya ilə Ermənistan nə prezident, nə də parlament respublikasıdır. Belə alınıb ki, insanların əlində böyük hakimiyyət gücü var, ancaq məsuliyyət yoxdur”, - deyə Armen Sarkisyan qeyd edib.

Xatırladaq ki, Serj Sarkisyanın ikinci prezidentliyinin son illərində , üçüncü dəfə seçilmək şansı olmadığından 2015-ci ildə konstitusiyaya düzəlişlər edərək, prezident üsul idarəsindən Ermənistanı parlament respublikasına keçirdi.

Növbəti parlament seçkilərini saxtalaşdırıb ölkənin baş naziri olmağı planlaşdırsa da, Nikol Paşinyan və tərəfdarları buna imkan vermədi.  Seçki yolu ilə parlament çoxluğu qazanaraq hakimiyyətə gəldilər. İndi Ermənistanın klan hakimiyyəti Nikol Paşanyandan qurtulmağın yeganə yolunu yenidən prezident üsul idarəli respublikaya qayıtmaqda görür.

ğı 

in qəbulundan sonra Ermənistan prezident idarəetmə üsulundan parlamentli idarəetmə formasına keçib.