logo

Balakəndə polis əməkdaşı xidməti silahla özünü öldürdü

19:56 21-06-2021 | icon 1708
Balakəndə polis əməkdaşı xidməti silahla özünü öldürdü

Balakən rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahla özünü vuraraq intihar edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə iyunun 21-də saat 19 radələrində baş verib.

Balakən rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib.

Hazırda faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti araşdırma aparılır.